İlkin Nəcəfzadə ilə "Ana xəbər" bloku - 21 aprel
21 aprel 2014 20:24 (UTC +04:00)

İlkin Nəcəfzadə ilə "Ana xəbər" bloku - 21 aprel

İLKİN NƏCƏFZADƏNİN TƏQDİMATINDA GÜNÜN ŞƏRHİ

Rusiya pasportu almaq asanlaşdırıldı. O dərəcədə asanlaşdırıldı ki, bunun üçün yalnız rus dilini bilmə kifayət edəcək. Prezident Putinin bununla bağlı imzaladığı fərman taktiki anlamda Ukraynaya, strateji anlamda isə bütün postsovet məkanına yönəlib. Yəni, bu fərman Ukrayna əhalisinin təxminən 30-40 faizinə Rusiya pasportu verməyə əsas yaradır. Pasport almaq həm də Rusiya vətəndaşlığı almaq deməkdir və Moskva bundan sonra Ukraynada pasport verdiyi vətəndaşların hüquqlarını qorumaq kimi hüquqi əsas qazanmış olacaq. İkili vətəndaşlıq institutu olmadığından Rusiya pasportu alan şəxslər avtomatik olaraq Ukrayna vətəndaşlığından çıxacaq, lakin onların Ukraynadakı mülkiyyətə sahiblik hüququ qalmış olacaq. Bu fərman həm də ölkələrin demoqrafik quruluşunu dəyişmiş olacaq, yəni, Kreml icraya başladıqdan sonra Ukraynanın əhalisinin 30-40 faiz azalacağı gözləniləndir. Bu fərman Ukraynadan qabaq Ermənistanı qorxuya salıb, çünki Rusiyada yaşayan ermənilər kütləvi şəkildə rus pasportu almağa başlasa, o zaman Ermənistan əhalisinin sayı rəsmən 900 min nəfərə enmiş olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 574
avatar

Oxşar yazılar