Peşə məktəblərinin direktorları üçün müsabiqə keçirilir
12 sentyabr 2014 10:38 (UTC +04:00)

Peşə məktəblərinin direktorları üçün müsabiqə keçirilir

Təhsil Nazirliyi ilk peşə-ixtisas təhsili müəssisələrinin direktorlarının və gələcəkdə bu vəzifədə çalışmaq arzusu olan kadrların “Liderlik və İdarəetmə” adlı təlimdə iştirakı üçün müsabiqə elan edib. Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, “Allianz Consult” MMC və “GİZ” Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti ilə əməkdaşlıqda elan edilən təlimin məqsədi müasir idarəetmə bilik və bacarığına yiyələnmiş, informasiya texnologiyalarına bələd, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək ilk peşə-ixtisas təhsili müəssisələrinin direktorlarını yetişdirmək və təkmilləşdirməkdir.

 

İlkin mərhələdə təlimlər yalnız Bakı şəhərində fəaliyyət göstərən  ilk peşə-ixtisas təhsili müəssisələrini əhatə edəcək. Müsabiqədə iştirak üçün minimum tələblər-ümumi idarəetmə, təhsilin idarə olunması, iqtisadiyyat, dövlət və bələdiyyə idarəçiliyi, hüquqşünaslıq, tarix, pedaqogika sahələrində tam ali təhsil, 5 illik iş təcrübəsi, Azərbaycan dilini və Microsoft Office proqramlarını bilməkdir. Müəyyən edilmiş tələblərə uyğun gələn namizədlər tərcümeyi-halı (CV) [email protected] ünvanına göndərə bilər. Müraciət üçün son tarix 30 sentyabrdır.

 

Təlimlərdə iştirak etmiş şəxslər Təhsil Nazirliyi tərəfindən təşkil olunacaq imtahanda iştirak edəcəklər. İmtahanlarda qənaətbəxş nəticə göstərmiş namizədlər “Uğur sertifikatı” təqdim olunacaq. “Uğur sertifikatı”” əldə etmiş və hazırda ilk peşə-ixtisas təhsili müəssisəsinin direktoru vəzifəsində çalışan şəxslərin işlərində səmərəliliyin artırılması üçün müəyyən həvəsləndirmələr təyin olunacaq, hazırda direktor vəzifəsində çalışmayan digər şəxslər isə direktor vəzifəsi üzrə vakant yerlərə təyin olunmaq üçün ehtiyat kimi qeydə alınacaqlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 556

Oxşar yazılar