Ali Attestasiya Komissiyasının (AAK) sədri Arif Mehdiyevin bu il yanvarın 7-də imzaladığı əmrlə hüquq elmləri doktoru, professor İlham Rəhimov AAK-ın Hüquq məsələləri üzrə Ekspert Şurasının sədri təyin olunub.
Bu barədə APA-ya AAK-dakı mənbələrdən məlumat daxil olub.
Məlumatda bildirilir ki, A. Mehdiyevin bu gün imzaladığı əmrlə isə İ. Rəhimov bu vəzifədən azad edilib.
APA-nın davamlı cəhdlərinə baxmayaraq, A. Mehdiyev bununla bağlı sualı dinlədikdən sonra “Bu, telefon söhbəti deyil, gələrsiniz, danışarıq” deyərək ətraflı məlumat verməkdən imtina edib.