Prezident İlham Əliyev Eldar İbrahimovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Lent.az-ın məlumatına görə, o, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə bu ordenlə təltif edilib.
Qeyd edək ki, E. İbrahimov Milli Məclisin deputatı, MM-in Aqrar Siyasət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyasında idarə heyətinin üzvüdür.