İki nazir sakinlərin görüşünə gedir
05 mart 2014 11:12 (UTC +04:00)

İki nazir sakinlərin görüşünə gedir

Martın 12-də saat 10:00-da əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Nazirliyin Şirvan şəhər Əhalinin sosial müdafiəsi mərkəzinin (ƏSMM) inzibati binasında bu şəhərin və Hacıqabul, Sabirabad, Saatlı rayonlarının sakinlərini qəbul edəcək. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, vətəndaşlar [email protected] elektron poçt ünvanı, habelə (012) 596-44-07 (Nazirliyin Ümumi şöbəsi), (021) 215-10-30 (Şirvan şəhər ƏSMM), (021) 204-41-36 (Hacıqabul rayon ƏSMM),  (021) 235-92-80 (Sabirabad rayon ƏSMM) və (021) 285-25-71 (Saatlı rayon ƏSMM) telefon nömrələri ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər. Hacıqabul, Sabirabad, Saatlı rayonlarından qəbula yazılmış vətəndaşların həmin rayonların ƏSMM-lərinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla Şirvan şəhərinə aparılıb gətirilmələri təmin ediləcək.

 

Bundan başqa kənd təsərrüfatı naziri Heydər Əsədov Cəlilabad rayonunda vətəndaşlarla görüşəcək. Görüş martın 14-də saat 11:00-da Cəlilabad Olimpiya İdman Kompleksində (Ünvan:

 

Cəlilabad şəhəri, Qurtuluş küçəsi, 296) baş tutacaq. Cəlilabad, Lənkəran, Masallı, Lerik,

 

Yardımlı və Astara rayonlarının sakinləri görüşə iştirak edə bilər. Bunun üçün onlar Lənkəran Ərazi Kənd Təsərrüfatı İdarəsinə (Əlaqə telefonu: 050-545-00-54) və Kənd Təsərrüfatı Nazirliyinə (Əlaqə telefonu: 012-493-51-64, 050-352-06-27) müraciət edə bilərlər. Qəbula  yazılmaq istəyən vətəndaşlar həmçinin Kənd Təsərrüfatı Nazirliyinin elektron poçtu ([email protected]) vasitəsilə də qeydiyyatdan keçə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 729

Oxşar yazılar