I və IV qrupun abituriyentlərinə buraxılış vərəqələri verilir
04 iyul 2014 15:16 (UTC +04:00)

I və IV qrupun abituriyentlərinə buraxılış vərəqələri verilir

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali məktəblərin I və IV qruplarının abituriyentlərinə müraciət edib. Komissiyadan Lent.az-a verilən məlumata görə, iyulun 12-də I və IV ixtisas qrupları üzrə keçiriləcək qəbul imtahanında iştirak edəcək abituriyentlər (cari ilin məzunları) "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.

 

Buraxılış vərəqini çap etmək üçün https://www.e-gov.az/az/services/read/2516/1 keçidinə daxil olmaq lazımıdır.

 

Abituriyentlər imtahana gələrkən "İmtahana buraxılış vərəqi"ni və şəxsiyyət vəsiqəsini gətirməyi unutmamalıdırlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1324

Oxşar yazılar