Hyuston Universitetinin rektoru Ali Neft Məktəbində
15 yanvar 2015 11:07 (UTC +04:00)

Hyuston Universitetinin rektoru Ali Neft Məktəbində

ABŞ-ın Hyuston Universitetinin rektoru Renu Xatur Bakı Ali Neft Məktəbində olub. BANM-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, Bakı Ali Neft  Məktəbinin rektoru  Elmar Qasımov Azərbaycanla ABŞ arasında olan əlaqələrin tarixindən danışıb. E. Qasımov 1976-cı ildən qardaşlaşmış şəhərlər olan Bakı və Hyuston arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirib.

Hyuston Universitetinin rektoru R. Xatur Azərbaycana ilk dəfə səfər etdiyini xatırladıb və bu dəvət üçün Bakı Ali  Neft  Məktəbinin rektoru E. Qasımova öz təşəkkürünü bildirib.  O, təhsil əlaqələrinin ölkələrarası münasibətlərin inkişafında mühüm əhəmiyyət daşıdığını bildirib.

Görüşdə BANM və Hyuston Universiteti arasında gələcək qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə olunub.Birgə magistr hazırlığı ilə bağlı hər iki ali məktəb arasında Razılaşma Protokolu imzalanıb.

 Sonra Hyuston Universitetinin rektoru BANM-nin professor-müəllim heyəti və tələbələri ilə görüş keçirib.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 134
avatar

Oxşar yazılar