Hüseyn Bağırov Şirvanda vətəndaşları qəbul edəcək
03 may 2013 12:17 (UTC +04:00)

Hüseyn Bağırov Şirvanda vətəndaşları qəbul edəcək

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov may ayının 15-də saat 11:00-da Şirvan şəhərində yerləşən Mərkəzi Mədəniyyət evində Şirvan, Salyan, Neftçala, Hacıqabul, Saatlı və Sabirabad rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, qəbula gəlmək istəyən vətəndaşların [email protected] elektron poçt ünvanı, 168 saylı “Qaynar xətt”, o cümlədən nazirliyin 3 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi ilə əlaqə saxlamaları (ünvan: Şirvan şəhəri, İsmət Qayıbov küçəsi 16, əlaqə tel: 070- 376-09-80 və 021-21-6-22-47) xahiş olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 616
avatar

Oxşar yazılar