Prezident İlham Əliyev Hikmət Abbas oğlu Mirzəyevə “Əməkdar hüquqşünas” fəxri adının verilməsi ilə bağlı sərəncam imzalayıb. Lent.az-ın AzərTAc-a istinadən xəbərinə görə, H. Mirzəyev məhkəmə hakimiyyəti orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə bu mükafatla təltif edilib.