“Bu gün nəvəm də dünyaya gəlib, oğlan nəvəm olub. Bununla bağlı sizdən başqa heç kimə bu xəbəri verməmişəm”. Lent. az-ın “azvision”a istinadən verdiyi məlumata görə, bu barədə kənd təsərrüfatı naziri Heydər Əsədov sayta açıqlamasında bildirib. Yeni nazir onu da qeyd edib ki, sən demə bu gün onun ad günü imiş.
“Dünən, srağagün də təbrik edənlər oldu. Çox sağ olsunlar təbriklərə görə”.
Qeyd edək ki, 1959-cu ilin oktyabrın 24-də dünyaya gələn nazir 54 yaşını qeyd edir.