Kənd təsərrüfatı naziri Heydər Əsədov aprelin 18-də Cəlilabadda vətəndaşları qəbul edəcək. Bu barədə Lent.az-a nazirlikdən məlumat verilib. Clilabad Olimpiya İdman Kompleksində keçiriləcək qəbulda Cəlilabad, Lənkəran, Masallı, Lerik, Yardımlı və Astara rayonlarının sakinləri iştirak edə bilərlər.
Görüşdə iştirak etmək istəyən vətəndaşlar Lənkəran Ərazi Kənd Təsərrüfatı İdarəsinə və Kənd Təsərrüfatı Nazirliyinə müraciət etməlidirlər. Qəbula yazılmaq istəyən vətəndaşlar həmçinin Kənd Təsərrüfatı Nazirliyinin elektron poçtu ([email protected]) vasitəsilə də qeydiyyatdan keçə bilərlər.