Kənd təsərrüfatı naziri Heydər Əsədov Quraq Ərazilərdə Kənd Təsərrüfatı Tədqiqatları üzrə Beynəlxalq Mərkəzin (İCARDA) baş direktoru Mahmud Solh və İCARDA-nın Himayədarlar Şurasının sədri xanım Kamilla Tulmin ilə görüşüb. Lent.az-ın məlumatına görə, nazir Azərbaycanla İCARDA arasındakı əməkdaşlığı yüksək qiymətləndirib və bundan sonra da bu təşkilatla əlaqələrin daha da genişlənməsinin vacibliyini bildirib.
Nazir Himayədarlar Şurasının 53-cü toplantısının Azərbaycanda keçirilməsindən məmnun olduğunu söyləyib.
Himayədarlar Şurasının sədri Kamilla Tulmin təmsil etdiyi Şuranın adından tədbirin Azərbaycanda yüksək səviyyədə keçirilməsinə dəstək verən Kənd Təsərrüfatı Nazirliyinə öz təşəkkürünü bildirib. O, Cənubi Qafqaz ölkələri ilə, o cümlədən Azərbaycan ilə əməkdaşlığa önəm verdiyini, bu əlaqələrin 15 ildir ki, kiçik sahələrdən böyük sahələrə qədər əhatə etdiyini və Bakı bəyannaməsinin qəbul olunmasını nazirin diqqətinə çatdırıb.
Baş direktor Azərbaycanla əməkdaşlığın əsasını bir sıra sahələr, xüsusən seleksiya, genetika, torpaqların deqredasiyası, əkinçilikdə “sıfır” becərmənin tətbiqi kimi sahələri əhatə etdiyini bildirib. O, bu görüşdən sonra əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün öz səylərini əsirgəməyəcəyini qeyd edib: “Bakı bəyannaməsində kənd təsərrüfatının müxtəlif sahələri-bitkiçilik, heyvandarlıq, seleksiya, toxumçuluq, yem istehsalı üzrə proqramlara maliyyə dəstəyi veriləcəyini bildirib.