Bakıda ərəb turistlərin daha bir qalmaqallı videosu yayılıb.
Lent.az sosial şəbəkələrə istinadən xəbər verir ki, Bakının mərkəzindəki hotellərdən birində lentə alınan görüntülərdə ərəb turistlərin su butulkalarını küçədən keçən insanların başına atdığı əks olunub.
Yayılan görüntülər sosial şəbəkələrdə etirazla qarşılanıb.
Qeyd edək ki, bir neçə gün əvvəl də Şəhidlər Xiyabanında qeyri-etik videolar çəkib paylaşan ərəb turistlər həbs edilib.