Çinin Quanşi vilayətində, Myanhua kəndinin yaxınlığında qeyri-adi bir kitabxana yerləşir. O, tamamilə nəhəng qayanın içindəki mağarada qurulub və bu, onu dünyanın ən əlçatmaz kitabxanasına çevirir.
Lent.az xəbər verir ki, bu unikal kitabxana 2025-ci ilin may ayında açılıb və qısa müddətdə Çin sosial şəbəkələrində məşhurluq qazanıb. O, böyük bir mağaranın içində yerləşir və qeyri-bərabər qayalı divarları boyunca xüsusi rəflərdə minlərlə kitab düzülüb.
Adətən kitabxanalar internetdə çox da məşhur olmur, amma bu kitabxana — əsl kəşfdir. Bu, sadəcə kitab anbarı deyil, kitabsevərlər və inanılmaz mənzərələr axtaran səyahətçilər üçün möhtəşəm bir abidədir.
Qayanın kənarında və sıx yaşıllıqlar arasında yerləşən Myanhua kitabxanası süni intellektin yaratdığı bir əsərə bənzəyir. Lakin bu, ziyarətçilər üçün açıq olan real bir məkandır.
Kitabxananın interyeri heyranedicidir: qayaların üzərində sallanan taxta yollar və eyvanlar kitab rəfləri ilə birləşərək unikal mənzərə yaradır.
Myanhua kitabxanası kənd ərazisində yerləşir və yerli sakinlərin kitablara çıxışını təmin edir, lakin artıq o, bütün ölkədən ziyarətçiləri cəlb edən özünəməxsus bir turistik məkanına çevrilib.