Masallıda Viləşçay su anbarında batan kişinin meyiti tapılıb.
Lent.az xəbər verir ki, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasedicilərinin axtarışları nəticəsində 67 yaşlı Mirmusa Aslanovun meyiti tapılaraq, sudan çıxarılıb.
Meyit aidiyyəti üzrə təhvil verilib.
***
08:28
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Masallı rayonunun İsi kəndi yaxınlığında Viləşçay su anbarında 1 nəfərin batması barədə ilkin məlumat daxil olub.
Lent.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Əlavə məlumat veriləcək.