Heydər Əliyev Fondunun səmərəli fəaliyyəti
17 sentyabr 2014 16:32 (UTC +04:00)

Heydər Əliyev Fondunun səmərəli fəaliyyəti

 

Ümummilli lider Heydər Əliyevin mədəniyyətimizin dünyada tanıdılması və inkişaf etdirilməsi istiqamətində apardığı siyasət bu gün onun adını daşıyan Heydər Əliyev Fondu tərəfindən uğurla davam etdirilir. Yarandığı gündən etibarən Heydər Əliyev Fondu Azərbaycanın malik olduğu zəngin mədəniyyətin dünyada təbliği ilə onun beynəlxalq nüfuzunun yüksəldilməsində çox böyük işlər görmüşdür.

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyeva zəngin mədəniyyətimizi, ədəbiyyatımızı, incəsənətimizi təbliğ etmək sahəsində məqsədyönlü fəaliyyət göstərir. Bu gün Heydər Əliyev Fondu tərəfindən aparılan bu yüksək səviyyəli təbliğatın nəticəsidir ki, Azərbaycan dünyaya inteqrasiya olunmaqla öz milli-mənəvi dəyərlərini qoruyan bir ölkə, tolerantlıq məkanı, qədim mədəniyyət mərkəzlərindən biri kimi tanınır.

 Fond yarandığı gündən bir çox layihələrə imza atmış və təhsil, elm, mədəniyyət, səhiyyə, sosial və digər sahələrdə həmin layihələrin həyata keçirilməsinə nail olmuşdur.

Heydər Əliyev Fondunun mədəniyyətə ən böyük qayğılarından biri məhz Azərbaycan mədəniyyətini dünyada tanıtma imkanı yaradan müxtəlif kitabların bir çox dillərdə çap olunmasıdır. Milli mədəniyyət nümunələrinin qorunub saxlanması istiqamətində daimi fəaliyyət göstərən Fond bir çox kitabların yenidən, eyni zamanda bir neçə dildə  nəşrinə nail olmuşdur. Eləcə də, musiqi mədəniyyəti tarixində xüsusi yeri olan sənətkarların, Azərbaycan mətbəxinin, musiqi alətlərinin, qədim xalçaçılıq mədəniyyətinin və digər mədəniyyət nümunələrinin dünyaya tanıdılması məqsədilə kitablar və albomlar hazırlamışdır.

 Bundan əlavə, Heydər Əliyev Fondu Azərbaycan mədəniyyətinin tanıdılması məqsədilə müxtəlif ölkələrdə silsilə tədbirlər keçirir.

Heydər Əliyev Fondu bununla da kifayətlənməyərək, həmçinin bir sıra xeyriyyə aksiyalarının keçirilməsi, xəstə uşaqların müalicəsi, əlil uşaqların reabilitasiyası,  yeni tibb məntəqələrinin tikilərək istifadəyə verilməsi,  onların yeni avadanlıqlarla təchiz olunması, həmçinin təhsilə qayğı məqsədilə bağça və məktəblərin təmiri, texnologiyalarla təchizi sahəsində çox böyük işlər görmüşdür.

Fondun bu günə qədər olan fəaliyyəti həqiqətən də Azərbaycanda sosial, humanitar, təhsil, səhiyyə və digər sahələrə çox böyük dəstək olmuşdur.

 

Ləman Xəlilova

Azerbaijan Realities

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1176
avatar

Oxşar yazılar