Həştərxan məktəblərində Azərbaycan dili tədris edilə bilər
19 dekabr 2012 17:37 (UTC +04:00)

Həştərxan məktəblərində Azərbaycan dili tədris edilə bilər

Təhsil naziri Misir Mərdanov Rusiya Federasiyası Həştərxan vilayətinin təhsil və elm naziri Qutman Vitaliy Aleksandroviç ilə görüşüb. Bu barədə Lent.az-a nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Görüşdə M. Mərdanov Azərbaycanla Rusiya Federasiyası, eləcə də Həştərxan vilayəti arasında digər sahələrlə yanaşı, təhsil əlaqələrinin də uğurla inkişaf etdiyini bildirib. Nazir Azərbaycanın və Həştərxan vilayətinin orta məktəbləri arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyətinə toxunub, təhsil sahəsində gələcək əməkdaşlığın inkişafı üçün əlverişli imkanların olduğunu nəzərə çatdırıb.

Həştərxanlı nazir ölkəmizlə Həştərxan vilayəti arasında təhsil sahəsində əməkdaşlığın inkişafında maraqlı olduqlarını nəzərə çatdırıb. Qonaq orta təhsil sahəsində əlaqələrin inkişafı üçün əsası qoyulmuş zəmin üzərində qarşılıqlı münasibətlərin daha da möhkəmləndirilməsinin əhəmiyyətindən bəhs edib.

Həştərxan Vilayətində orta məktəb şagirdlərinin Azərbaycan dilini öyrənməsi məsələsinə toxunan Q.V.Aleksandroviç bununla bağlı müvafiq işlərin görülməsinin nəzərdə tutulduğunu söyləyib. Hər zaman Azərbaycana dost münasibət bəslədiklərini vurğulayan qonaq təhsilin digər pillələri üzrə də əlaqələrin inkişafının mümkünlüyünü bildirib.

M. Mərdanov irəli sürülən təkliflərin həyata keçirilməsi üçün lazımi köməklik göstəriləcəyini qeyd edib. Azərbaycanla Həştərxan vilayəti arasında təhsil sahəsində əməkdaşlığın daha səmərəli inkişafı üçün işçi qrupunun yaradılmasının məqsədəuyğun olduğunu nəzərə çatdıran nazir qarşılıqlı əlaqələrin möhkəmlənməsi yönündə atılacaq addımların dəqiq müəyyənləşdirilməsinin zəruriliyinə diqqət çəkib.

Daha sonra qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 485
avatar

Oxşar yazılar