Qarabağ: Azərbaycan incisi
05 dekabr 2013 10:22 (UTC +04:00)

Qarabağ: Azərbaycan incisi

Dünyanın ən qədim insan məskənlərindən biri, Azərbaycanın qədim mədəniyyət mərkəzi, muğam beşiyi olan  Qarabağ təəssüf ki, tarix boyu başqalarının torpaqları, mədəniyyəti, tarixini oğurlayaraq öz mövcudluqlarını irəli sürmüş ermənilərin işğalı altındadır. Danılmaz bir faktdır ki, bu, təkcə Azərbaycana məxsus bir ərazini işğal etməklə də bitmir. Özünün tarixi belə olmayan erməni etnosu Azərbaycan torpaqları, Azərbaycan mədəniyyəti, Azərbaycanın tarixi abidələri, hətta Azərbaycan musiqisi ilə özünə tarix yazmağa çalışır.

Çox təəssüf ki, müxtəlif dövrlərdə başqa dövlətlərin tərkibinə qatılmış Azərbaycan ərazilərində bu dövlətlər tərəfindən aparılmış etnik siyasət bu ərazilərdə ermənilərin sayının artmasına və öz mənfur niyyətlərinə, “Böyük Ermənistan” dövləti ideyalarına nail olmaq üçün hərəkətə keçmələrinə səbəb olmuşdur. Nəticədə uzun mübarizədən sonra öz havadarlarının gücü ilə dövlət yaratmağa nail ola bilsələr də, yenə də Azərbaycan torpaqlarından əl çəkməmiş və Azərbaycanın incisi olan Qarabağ torpağını öz ərazilərinə qatmaq missiyalarını yerinə yetirməyə müyəssər olmuşlar.

Hal-hazırda da işğal ilə kifayətlənməyən ermənilər Qarabağ ərazisinin özlərinə məxus olması kimi ideyalar irəli sürərək bu ərazilərdə yerləşən tarixi abidələrimizi məhv edir və  tarix-mədəniyyət abidələrini “erməniləşdirmək” uğrunda yüzlərlə yalan uydururlar.

Lakin Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalı faktının BMT-də qəbul olunmasına və bu barədə 4 qətnamənin qəbuluna baxmayaraq, hələ də ermənilər bunların heç birinə məhəl qoymur və öz mənfur niyyətlərinə davam edirlər.  Eləcə də, münaqişənin həlli üçün yaradılmış ATƏT-in Minsk qrupu tərəfindən münaqişənin həllinin gecikdirilməsi və bu yöndə irəli sürdüyü ikili standartlar ermənilərə Qarabağımızı daha da məhv etmələri üçün zaman qazandırmış olur.

Münaqişənin həllinə dair 3-cü tərəflərin mövqeyinin də birmənalı olduğu söylənilə bilməz. Çünki sırf bu münaqişənin həlli ilə bağlı yaradılmış ATƏT-in Minsk qrupu həmsədrlərinin belə münaqişənin davam etdirilməsi və həllinin qəsdən gecikdirilməsində müxtəlif maraqlarının olmasını istisna etmək olmaz ki, bu da münaqişənin həllində konstruktiv bir nəticə əldə etməyə imkan vermir. Təbii ki, Ermənistan tərəfinin irəli sürdüyü şərtlərin qəbuledilməzliyi də münaqişənin uzadılmasında əsas səbəblərdən biridir.

Qeyd etmək lazımdır ki, dəfələrlə keçirilmiş ikitərəfli və çoxtərəfli görüşlər heç bir nəticə verməmişdir. Bunun da əsas səbəbi təbii ki, Azərbaycan tərəfinin beynəlxalq normalar çərçivəsində Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanması və sərhəd təhlükəsizliyinin təmin edilməsi, eləcə də bölgənin münaqişədən əvvəlki demoqrafik vəziyyətinin, tarixi simasının bərpa edilməsi və digər şərtlərin Ermənistan tərəfindən qəbul edilməməsi və 3-cü tərəflərin də münaqişənin həllinə olduqca biganə yanaşmasıdır. Bu biganəliyi də, hələ ki, münaqişənin həllinin həmin dövlətlərin milli maraqları səviyyəsinə qalxmaması və onlar üçün həyati əhəmiyyət kəsb etməməsi ilə, həmçinin həmin dövlətlərin bir-birinə qarşı olan müəyyən maraqlarına zidd olması ilə əlaqələndirmək mümkündür.

Azərbaycan tərəfi münaqişənin hər zaman sülh yolu ilə həllinə tərəfdar çıxsa da, torpaqlarımızın 20 faizinin işğalı, xalqımıza qarşı soyqırım nəticəsində minlərlə azərbaycanlının qətlə yetirilməsi, 1 milyona yaxın vətəndaşımızın məcbüri köçkün həyatı yaşaması, maddi-mədəniyyət abidələrimizə dəyən ziyanla heç vaxt barışmayıb və barışmayacaq.

Artıq Azərbaycan dünya ictimaiyyətinə torpaqlarının Ermənistan tərəfindən işğalı ilə bağlı həqiqətləri çatdıra bilmiş və özünə bir çox tərəfdaş qazanmışdır və şübhəsiz ki, Azərbaycan xalqı heç bir zaman öz qədim tarixini, torpağını keçmişi olmayan bir xalqa qurban verməyəcək, nəyin bahasına olur olsun onu geri qaytaracaqdır.

 

man Xəlİlova

 "Şərqi Avropada Təhsil alan Azərbaycanlı Tələbələr və Məzunlar" İctimai Birliyinin fəalı

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 659
avatar

Oxşar yazılar