Hər ailənin öz psixoloqu olacaq - <span style="color:red;">AZƏRBAYCANDA
14 noyabr 2014 11:15 (UTC +04:00)

Hər ailənin öz psixoloqu olacaq - AZƏRBAYCANDA

Azərbaycanda “Ailə psixoloqu” institutu formalaşdırılacaq. Lent.az-ın məlumatına görə, bu barədə 2014-2025-ci illəri əhatə edən “Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı”nda qeyd olunub. 

 

Adıçəkilən institutun formalaşdırılması və inkişaf etdirilməsi üzrə müvafiq tədbirlər həyata keçiriləcək. Bununla bağlı işlərin icrası Təhsil Nazirliyinə və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi həvalə olunub.

 

O cümlədən, himayədar ailə mexanizminin yaradılması və ölkədə tətbiqi üzrə tədbirlər həyata keçiriləcək. Bu istiqamətdə işləri Nazirlər Kabineti, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial müdafiəsi Müdafiəsi Nazirliyi, Səhiyyə  Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi həyata keçirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 637

Oxşar yazılar