<b>Həccə getmək üçün sənəd verənlərin sayı <span style="color:red;">AÇIQLANDI </b>
04 may 2019 13:50 (UTC +04:00)

Həccə getmək üçün sənəd verənlərin sayı AÇIQLANDI

Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlər üçün sənəd qəbulu davam edir.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) Lent.az-a bildirilib ki, hazırda sənəd verənlərin sayı 650 nəfərə yaxındır.

Sənəd qəbulu iyun ayının sonuna kimi davam edəcək.

Qeyd edək ki, bu il Azərbaycandan ziyarətə getmək istəyənlər üçün 1440 nəfərlik kvota müəyyənləşdirilib.

Sənədlərin qəbulu yalnız QMİ tərəfindən həyata keçirilir.

Həcc ziyarətinin qiyməti 4285 ABŞ dollardır.

Zəvvarlar ziyarətə təyyarə ilə aparılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1257
avatar

Aygün İbrahimli

Oxşar yazılar