Həbsxanalarda qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələrin miqdarı açıqlanıb
25 aprel 2014 20:50 (UTC +04:00)

Həbsxanalarda qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələrin miqdarı açıqlanıb

Ədliyyə Nazirliyinin  Penitensiar Xidməti tərəfindən 2013-cü il ərzində istintaq təcridxanası, həbsxana və cəzaçəkmə müəssisələrində qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələrin miqdarı və tərkibi açıqlanıb.

 

APA-nın verdiyi məlumata görə, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən 2013-cü il ərzində 84 halda 452,988 qr narkotik vasitə (151,443 qr heroin, 62,15 qr marixuana, 235,195 qr tiryək, 4,2 qr həşiş qətranı) qanunsuz dövriyyədən çıxarılıb.

 

Qanunsuz narkotik dövriyyəsi hallarının 51-i məhkumlar, 33-ü görüşə gələn vətəndaşlarla bağlı olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 397
avatar

Oxşar yazılar