![Hava yenə dəyişəcək](https://lent.az/storage/news/2019/may/04/big/a38758827fc949d255cdf25054c5af1b.jpg)
Hava yenə dəyişəcək
Ölkə ərazisində mayın 5-də müşahidə olunacaq hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumatına görə, sabah Bakıda və Abşeron yarımadasında gecə bəzi yerlərdə yağış yağacağı, gün ərzində dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Gecə və səhər arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu Abşeronda gecə 13-15° isti, gündüz 19-24° isti, Bakıda gecə 13-15° isti, gündüz 21-23° isti təşkil edəcək.
Atmosfer təzyiqi 758 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55% olacaq.
Rayonlara gəlincə, sabah arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz əksər rayonlarda tədricən kəsiləcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 9-14° isti, gündüz 22-27° isti, dağlarda gecə 5-10° isti, gündüz 9-14° isti təşkil edəcək.
![avatar](/storage/authors/94918728_aygun.jpg)
Aygün İbrahimli
Oxşar yazılar
![Sabah Bakıda şimşək çaxacaq, yağış yağacaq - PROQNOZ](https://lent.az/storage/news/2024/july/27/big/66a4adb3a06af66a4adb3a06b0172206840366a4adb3a06aa66a4adb3a06ad.jpg)
Sabah Bakıda şimşək çaxacaq, yağış yağacaq - PROQNOZ
27 iyul 2024 , 12:18![Zaqatalada çaydan sel keçib](https://lent.az/storage/news/2024/july/27/big/66a49d5698a4a66a49d5698a4c172206421466a49d5698a4566a49d5698a48.webp)
Zaqatalada çaydan sel keçib
27 iyul 2024 , 11:08![Rayonlarda şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA](https://lent.az/storage/news/2024/july/27/big/66a48a7f63f2466a48a7f63f26172205939166a48a7f63f1c66a48a7f63f21.webp)
Rayonlarda şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA
27 iyul 2024 , 09:48![Bürclərin hansı gizli zəif cəhətləri yaşamağa mane olur?](https://lent.az/storage/news/2024/july/26/big/66a3b5d04bd3a66a3b5d04bd3b172200494466a3b5d04bd3466a3b5d04bd37.webp)
Bürclərin hansı gizli zəif cəhətləri yaşamağa mane olur?
27 iyul 2024 , 09:09![İyulun 14-də keçirilən qəbul imtahanının NƏTİCƏSİ](https://lent.az/storage/news/2024/july/26/big/66a3f4e3e077f66a3f4e3e07811722021091438c7f8e8d8a92f4098ce5f41d79d5bf.jpg)
İyulun 14-də keçirilən qəbul imtahanının NƏTİCƏSİ
26 iyul 2024 , 23:12![Avqusta qədər varlanmaq şansı olacaq BÜRCLƏR](https://lent.az/storage/news/2024/july/26/big/66a364d41c69166a364d41c692172198421266a364d41c68b66a364d41c68e.png)
Avqusta qədər varlanmaq şansı olacaq BÜRCLƏR
26 iyul 2024 , 18:28Baş prokuror Türkiyənin Konstitusiya Məhkəməsinin sədri ilə görüşüb
26 iyul 2024 , 18:24![Hazırda bu rayonlara şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA](https://lent.az/storage/news/2024/july/26/big/66a393a31248166a393a312482172199619566a393a31247e66a393a31247f.jpg)