Hava yağıntılı olacaq
10 dekabr 2013 13:14 (UTC +04:00)

Hava yağıntılı olacaq

Azərbaycan ərazisində sabaha olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 11-də günün birinci yarısı havanın dəyişkən buludlu, əsasən yağmursuz olacağı, axşam tutulacağı, gecəyə doğru bəzi yerlərdə yağıntılı olacağı, şimal küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 3-5 dərəcə, günün birinci yarısı 6-8, ikinci yarısı 1-3 dərəcə isti olacaq.


Azərbaycanın rayonlarında havanın günün ikinci yarısında şimal və qərb rayonlarında, axşam isə əksər rayonlarda yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti təşkil edəcək.
 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1111
avatar

Oxşar yazılar