Hava soyuyur...
09 aprel 2013 13:07 (UTC +04:00)

Hava soyuyur...

0

 

Azərbaycan ərazisində havanın temperaturu 4-7 dərəcə aşağı düşəcək.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədovanın APA-ya verdiyi məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, arabir tutulacağı gözlənilir.

 

Güclü şimal-qərb küləyi axşam mülayimləşəcək. Havanın temperaturu gecə 7-10, gündüz 15-20 dərəcə isti təşkil edəcək.

 

Azərbaycanın rayonlarında sabah hava şəraitinin dəyişəcəyi, bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 8-13, gündüz 20-25, bəzi yerlərdə 27 dərəcəyədək isti, dağlarda gecə 5-10, gündüz 10-15, bəzi yerlərdə 17 dərəcəyədək isti təşkil edəcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4090

Oxşar yazılar