Azərbaycanda havanın temperaturu aşağı düşəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədov Lent.az-a açıqlamasında deyib ki, sabah havanın temperaturunun bir qədər dəyişəcəyi gözlənilir.
Arabir güclənən şimal-qərb küləyi əsəcək.