Bakı və Abşeron yarımadasında mayın 3-də hava şəraitinin dəyişkən buludlu, arabir tutulacağı, gecə bəzi yerlərdə zəif duman olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşama doğru havanın tutqun olacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli, az yağış yağacağı ehtimalı var. Bu barədə Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Məlumatda o da qeyd olunur ki, şimal-qərb küləyi əsəcək. Axşama doğru bir qədər güclənəcək. Havanın temperaturunun gecə 10-15, gündüz 20-24 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında mayın 3-də hava şəraitinin bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 13-18, gündüz 23-28, bəzi yerlərdə 30 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.