Hacı Şahin: “Cihad nikahı” kimi əxlaqsızlığın dinlə əlaqəsi ola bilməz”
01 sentyabr 2014 16:17 (UTC +04:00)

Hacı Şahin: “Cihad nikahı” kimi əxlaqsızlığın dinlə əlaqəsi ola bilməz”

 

 

“Ailəsi olan bir xanımın başqa kişilərə xidmət etməsi sağlam məntiqə dayanan bir şey deyil. Bu insanlar sağlam mənitqi düşüncəsini itirmiş və mənəvi cəhətdən xəstə olan insanlardır. Birmənalı olaraq uşaqları öldürən, insanların başını kəsən, qadınları cinsi istismara sürükləyən, insanlıqdan çıxmış şəxslərdir. Onların ciddi psixoloji problemləri var”. 

 

Lent.az-ın “modern.az”a istinadən xəbərinə görə, bunu Məşədi Dadaş məscidinin axundu Hacı Şahin Həsənli deyib.

 

O, son zamanlar Suriya və İraqda hökumət əleyhinə vuruşan hərbi qruplaşmalara qoşulan qadınlarla bağlı danışarkən qeyd edib ki, radikal qruplaşmalar öz fəaliyyətlərini din pərdəsi adı altında həyata keçirirlər: “O qruplaşmaların fəaliyyətinin dinlə heç bir əlaqəsi yoxdur. Dində qeyri-qanuni cinsi münasibət zinadır və o da ən böyük günahlardan biridir”. “Yanlış anlaşılmış din, səhv təqdim edilmiş din dinsizlikdən daha təhlükəlidir. İnsanların bilgisizliyi belə hallara səbəb olur. “Cihad nikahı” adlı qondarma məfhum icad edilib və bəzi insanlar cinsi xidməti müqəddəs bir iş kimi qələmə verirlər. Təbii ki, bu əxlaqsızlığın dinlə heç bir əlaqəsi ola bilməz.  Bunu hansısa bir dini hökmlə əsaslandırmaq olduqca gülüncdür”. 

 

Din xadimi deyir ki, belə insanalara qarşı ciddi cəza tətbiq edilməlidir: “Azərbaycanlıların hər-hansı bir ölkədə radikal qrupların tərkibində vuruşması istər qanuni, istərsə də dini nöqteyi-nəzərdən yolverilməzdir. Təəssüflər olsun ki, bu tip qruplaşmalar bəzi dövlətlərin əlində alətə çevrilib. Onlar insanların dini inancından sui-istifadə edirlər. Başqa ölkələrdə baş verən vətəndaş müharibəsini, müqəddəs bir savaş kimi qələmə verirlər.

 

Azərbaycanda da bu tip cərəyanların təsirinə düşmüş azsayda insanlar, gənclər var. Son dövrlər bu halların qarşısını almaq üçün dövlət və dini qurumlar tərəfindən müəyyən tədbirlər görülür.

 

Bu cərəyanların genişlənməsinin əsas səbəblərindən biri bilgisizlik, məlumatsızlıqdır. Bunun üçün dini maarifləndirmə səviyyəsinin artırılmasına ehtiyac var. Dini dəyərlər müasir dövrün tələblərinə uyğun şəkildə təbliğ olunmalıdır. Bu məsələdə də din xadimlərinin üzərinə ciddi məsiliyyət düşür. Bu məsələlərdə ciddi maarifləndirmə işi aparılmalıdır”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1824
avatar

Oxşar yazılar