Günəşdə daha bir alışma oldu
09 sentyabr 2017 06:47 (UTC +04:00)

Günəşdə daha bir alışma oldu

0

Günəşdə daha bir güclü  alışma baş verib.

 

APA-nın xəbərinə görə, bu barədə NASA məlumat yayıb. Məlumata görə, Günəşdə M 8  sinfinə məxsus böyük alışma baş verib.

 

Sentyabrın 6-da Günəşdə son 12 ilin ən güclü alışması qeydə alınıb. Bu səbəbdən Yerin işıqlı tərəfində radioəlaqədə və GPS siqnallarının qəbulunda problemlər yaranıb.

 

Günəşdə alışmalar baş verdikdə, ayrılan plazma axını yerə doğru yönəlir. Bunun nəticəsində Yerdə maqnit qasırğaları baş verir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 326

Oxşar yazılar