Güclü külək sabah mülayimləşəcək - YENİLƏNİB
24 iyun 2014 14:51 (UTC +04:00)

Güclü külək sabah mülayimləşəcək - YENİLƏNİB

 

Bakıda və Abşeron yarımadasında iyunun 25-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Güclü şimal-qərb küləyi axşama doğru mülayimləşəcək. Bunu Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova bildirib.

Havanın temperaturu gecə 19-24, gündüz 28-33 dərəcə isti olacaq.

 

Sabah Azərbaycanın bölgələrində hava gündüz əsasən yağmursuz olacaq. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, əsasən dağlıq və dağətəyi rayonlarda yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 20-24, gündüz 32-37, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 943

Oxşar yazılar