Bakıda yağış yağacaq <span style="color:red;">- HAVA PROQNOZU
23 sentyabr 2014 13:16 (UTC +04:00)

Bakıda yağış yağacaq - HAVA PROQNOZU

0

Bakıda və Abşeron yarımadasında sentyabrın 24-də havanın gecə və səhər dəyişkən buldulu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, gecəyə doğru bəzi yerlərdə şimşək çaxacaq, yağış yağacaq.

Güclü cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 17-20, gündüz 24-28 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında sentyabrın 24-də gecə və səhər bəzi yerlərdə duman olacağı, şimal və qərb rayonlarından başlayaraq şimşək çaxacağı, yağış yağacağı proqnozlaşdırılır. Bəzi yerlərdə yağış  intensivləşəcək.  Qərb rayonlarında dolu düşəcək. Güclü cənub-qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 15-20, gündüz 30-35, dağlarda gecə 5-10, gündüz 20-26 dərəcə isti olacağı gözlənilir. 
 

Sentyabrın 23-ü axşamdan 25-i səhərədək Abşeron yarımadasında atmosfer təzyiqinin kəskin tərəddüdü meteohəssas insanlar üçün əlverişsizdir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1848

Oxşar yazılar