<b>Qısamüddətli yağış, 32 dərəcə isti –</b> <span style="color:red;">Sabah
20 sentyabr 2016 12:19 (UTC +04:00)

Qısamüddətli yağış, 32 dərəcə isti – Sabah

0

 

Sentyabrın 21-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah mülayim cənub-qərb gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 18-21, gündüz 25-30, Bakıda gecə 18-20, gündüz 27-29° isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək.  Səhər ayrı-ayrı yerlərdə duman olacaq.  Lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Cənub-qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 14-19, gündüz 27-32, dağlarda gecə 9-14, gündüz 16-21° isti olacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 364

Oxşar yazılar