Göygöldə baytarlıq laboratoriyasının açılışı olub
01 mart 2014 20:48 (UTC +04:00)

Göygöldə baytarlıq laboratoriyasının açılışı olub

Göygöldə yeni laboratoriya istifadəyə verilib.

 

APA-nın Qərb bürosunun verdiyi məlumata görə, laboratoriyanın açılış mərasimində kənd təsərrüfatı naziri Heydər Əsədov və ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar iştirak edib.

 

Tədbirdə çıxış edən R.Morninqstar bildirib ki, ABŞ hökuməti Azərbaycanın kənd təsərrüfatı və səhiyyə nazirlikləri ilə əməkdaşlıq edərək ölkənin müxtəlif yerlərində 5 laboratoriyanın qurulmasına maliyyə dəstəyi verib. Göygöl Zona Baytarlıq Laboratoriyasının təmir olunması da bu layihələr sırasındadır.

 

Diplomat bildirib ki, birgə əməkdaşlıq bu bölgələrin əhalisinin sağlamlığına müsbət təsir göstərəcək.

 

Qeyd edək ki, layihə bioloji silahların yayılmasının qarşısının alınması proqramı çərçivəsində həyata keçirilir. Bu proqram çərçivəsində həmçinin Qax, Quba, Sabirabad və Bərdədə baytarlıq laboratoriyalarının yenilənməsi maliyyələşdirilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 550

Oxşar yazılar