1957, 1978 və 2005-ci illər arasında yetişdirilən 3 toyuğun ağırlıqlarının həddindən fərqli olması hər kəsi dəyişdirib.
Geni dəyişdirilmiş bir toyuğun 2005-ci ildə 4 kiloqram ağırlıqda olduğu ortaya çıxıb. 1957-ci ildə isə bu, 905 qram olub.
Kanadalı “Poultry Science” elm qurumunun apardığı araşdırma çərçivəsində 1957, 1978 və 2005-ci illərdə 3 fərqli toyuq yetişdirilib. Yetişdirilən toyuqlara əlavə heç bir hormon və ya qida verilməyib. Üçü də eyni yeməyi günün eyni zamanlarında yeyiblər.
1957-ci ildə yumurtadan yeni çıxan cücə toyuq olana qədər keçirdiyi müddətdə 905 qram ağırlığa çatıb. 1978-ci ildə eyni cücə toyuq olana qədər 1 kiloqram 808 qram çəki yığıb. 2005-ci ildə isə cücə toyuq olana qədər keçən müddətdə 4 kiloqram 202 qram ağırlığa çatıb.
Mütəxəssislərin fikrincə, bu illər ərzində toyuqların genlərini onların daha ağır olmaları istiqamətində dəyişdiriblər. (xezerxeber.com)