Gənclər üçün Təhsil Mərkəzi İsmayıllıda tədbir keçirib
27 fevral 2015 15:26 (UTC +04:00)

Gənclər üçün Təhsil Mərkəzi İsmayıllıda tədbir keçirib

Gənclər üçün Təhsil Mərkəzi və ADDIM Gənclər təşkilatı 2015-ci ilin “Gənclər paytaxtı" İsmayıllıda Xocalı faciəsinin 23-cü il dönümünə həsr olunmuş ilk tədbirini həyata keçirib. Lent.az-ın məlumatına görə,  tədbirdə İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, icra hakimiyyəti  və Gənclər və idman İdarəsi nümayəndələri, Qarabağ müharibəsi qəhrəmanı İbad Hüseynov, "Addım" Gənclər Təşkilatının sədri Hüseyn Cavadzadə ,“Gənclər üçün Təhsil Mərkəzi ” İB-nin sədri Fəxrəddin Həsənzadə 300-dək gənc iştirak edib.

 “Gənclər üçün Təhsil Mərkəzi ” İB-nin sədri Fəxrəddin Həsənzadə çıxışında Xocalı soyqırımı zamanı tökülən qanların yerdə qalmayacağından, Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə torpaqlarımızın bütövləşəcəyindən, işğalçılardan tam təmizlənəcəyindən, qüdrətli Azərbaycan ordusunun böyük qələbəyə çatacağından danışıb.

Sonra Gənclər paytaxtında ilk layihə olaraq "NARGİS Publishing House" tərəfindən hazirlanmış “Xatirə” qısametrajlı filmi nümayiş olunub. Xocalıdan məcburi köçkünün xatirəsindən bəhs edən filmin müəllifi Fuad Golddur. Daha sonra əfsanəvi Qarabağ müharibəsi qəhrəmanı İbad Hüseynova həsr olunmuş sənədli film nümayiş etdirilib. Filmin nümayişindən sonra Qarabağ döyüşlərinin fəal iştirakçısı, hadisələrin şahidi ordenli hərbçi İbad Hüseynov çıxış edib, gəncləri vətən uğrunda döyüşə hazır olmağa çağırıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 208
avatar

Oxşar yazılar