Gəncədə şərab festivalı başlayıb
01 oktyabr 2014 02:49 (UTC +04:00)

Gəncədə şərab festivalı başlayıb

Ötən  gün Gəncədə “III  Gəncə Beynəlxalq  Şərab Festivalı”  öz  işinə başlayıb. Lent.az-ın APA-ya istinadən verdiyi məlumata görə, festivalda dünyanın 10-dan artıq ölkəsindən 50-dən  artıq nümayəndə  iştirak edir. Azərbaycan Respublikası Xarici İşlər, İqtisadiyyat və Sənaye,  Kənd Təsərrüfatı nazirlikləri, Azərbaycan  İxracatın və İnvestisiyanın Təşviqi Fondu, Azərbaycan  Respublikasının Fransada  səfirliyi  və Gəncə şəhər icra hakimiyyətinin birgə təşkil etdikləri  festival iki gün davam edəcək. Festival   iştirakçıları ötən gün Heydər Əliyevin abidəsini ziyarət ediblər. Tədbirə Azərbaycan, Fransa,  Almaniyan, İtaliya, Rusiya, Moldova, Gürcüstan  və  bir sıra  digər  xarici ölkələrin  şərab istehsalçıları, distribyuterləri və  istehlakçıları  qatılıblar.
 
Dünya şərabçılarının bu mötəbər məclisinin əsas  məqsədi şərab məhsullarını nümayiş etdirmək, yerli şərab bazarı  iştirakçılarını birləşdirmək, yerli məhsulların xarici bazarlara çıxarılmasını dəstəkləmək, bu sahədə beynəlxalq əməkdaşlığı təşviq etməkdir. Şərab istehlakı  mədəniyyətini formalaşdırmaq, şərab ənənələrini qoruyub saxlamaq və təbliğ etmək də başlıca məqsədlərdəndir.  
 
Festivalın   ilk günü yerli şərabçıların  beynəlxalq standartlara uyğun  dequstasiya  müsabiqəsi keçirilib.  Azərbaycan şərabçılarının məhsulları  İtaliya, Rusiya, Moldova, Gürcüstan, Fransa və yerli mütəxəssis  tərəfindən  yüksək qiymətləndirilib.
 
Festival  çərçivəsində  ölkələrarası işgüzar   əlaqələr  qurulacaq, əməkdaşlıq  sazişləri imzalanacaq,    şərabçılıq sahəsində məşhur olan ölkələrinin stendləri nümayiş etdiriləcək,  qonaqlar  Gəncənin  görməli yerlərini gəzəcəklər.  Azərbaycan milli musiqisi  və milli mətbəxi  ilə tanışlıq  da   festivalın  proqramına  daxil  edilib.                                               
 
Sabah  qonaqlar  şəhərin  qədim  Cavadxan  küçəsində  keçiriləcək Şərab Festivalına qatılacaqlar.          
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 730
avatar

Oxşar yazılar