Gəncədə şərab festivalı
02 noyabr 2013 12:14 (UTC +04:00)

Gəncədə şərab festivalı

Gəncədə II beynəlxalq şərab festivalına həsr edilən elmi praktik konfrans keçirilib. APA TV-nin məlumatına görə, konfransda  şərabçılığın dünyada o cümlədə Azərbaycandakı vəziyyəti, bu sahənin inkişaf etdirilməsi üçün atılan addımlar barədə müzakirələr olub. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib ki, ötən əsrin 80-ci illərində tənəzzülə uğrayan üzümçülük hazırda inkişaf etdirilib.

 

Festivalda Fransadan gələn qonaqlar da iştirak edib. Fransanın Şampan Arden regionunun prezidenti, Avropa Şərab Regionları Assosiasiyasının prezidenti Jan Pol Başi  deyib ki, festival təkcə Azərbaycanla Fransanı birləşdirmir, eyni zamanda beynəlxalq səviyyədə insanların görüş yeridir: "Şərabçılıq sahəsində çalışan şəxslər bu festivalda görüşüb fikrilərini bölüşürlər. Bizim bura gəlməyimizin məqsədi şərab istehsalçıları ilə görüşmək, onlarla sıx münasibətlər qurmaqdır”.

 

Tədbirdə Azərbaycanla Fransa arasında üzümçülük və şərabçılıq sahəsində kadr hazırlığı məsələsi də müzakirə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1063
avatar

Oxşar yazılar