“Azəri Gənclər Alyansı” İctimai Birliyi Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənc jurnalistlərin peşəkarlığının artırılması üçün Qış Məktəbi” layihəsini həyata keçirir. Lent.az-ın məlumatına görə, layihə çərçivəsində nəzərdə tutulan 3 günlük “Qış Məktəbi” təlimlərinin mart ayının 13-dən 15-dək Qubada keçirilməsi nəzərdə tutulur.
“Gənc jurnalistlərin peşəkarlığının artırılması üçün Qış Məktəbi” təlimlərində Azərbaycanın bir sıra tanınmış jurnalistlərinin ekspert qismində iştirakı planlaşdırılır.