Gələn il Azərbaycanda benzinin keyfiyyəti “Avro-4” standartı səviyyəsinə çatdırıla bilər.
Lent.az-ın verdiyi məlumata görə, bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov 22 İyul - Milli Mətbuat Günü münasibətilə Dövlət Komitəsinin fəaliyyətinin işıqlandırılmasında fəallıq göstərən bir qrup mətbuat nümayəndəsi ilə görüşündə deyib. R. Həsənov bildirib ki, Azərbaycanda “Avro-4” standartının tətbiqi 2015-ci ildə nəzərdə tutulsa da, bu, gələn il gerçəkləşə bilər.
Ramiz Həsənovun sözlərinə görə, mərhələ-mərhələ “Avro-3”, “Avro-4” və “Avro-5” standartlarına keçməliyik: “Artıq biz məsələni belə qoymuşuq ki, nəzərdə tutulan qrafikdən qabaq – 2014-cü ildə “Avro-4” standartını tətbiq edək”.