"Azərbaycan Nəqliyyat Nazirliyi 2015-ci il martın 1-dən paytaxtda ictimai nəqliyyatda nağdsız ödəniş sisteminə tam keçidi təmin etmək niyyətindədir". Lent.az Trend-ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycanın nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib.
Onun sözlərinə görə, göstərilən tarixdən sərnişinlər paytaxtın bütün avtobus marşrutlarında gediş haqqını nəqliyyat kartları ilə ödəyəcəklər.
Nazir müavini bildirib: "Həmin kartlarla Bakı metrosunda, gələcəkdə isə taksilərdə də ödəniş etmək mümkün olacaq. Hazırda metroda nəqliyyat kartlarından istifadənin mümkünlüyünü təmin etmək məqsədi ilə işlər həyata keçirilir".
Hazırda Bakı metrosunda ödəniş yalnız bu məqsəd üçün nəzərdə tutulmuş xüsusi kartlarla həyata keçirilir.
M.Pənahov qeyd edib ki, hazırda ictimai nəqliyyatda elektron ödəniş sisteminin qaydaya salınması çərçivəsində bu prosesi nəzərdə tutulan müddətdə keyfiyyətli şəkildə təmin edə biləcək şirkətlərlə danışıqlar aparılır. Əvvəllər seçilmiş podratçılar yaranmış çətinliklərlə əlaqədar bu layihəni axıradək reallaşdıra bilməyiblər.

Bakı metrosu ilə bağlı YENİLİK
Oxşar yazılar

Sabah çimərliklərdə hava necə olacaq? - PROQNOZ
18 iyul 2025 , 20:32
“Naxçıvan” hoteli sökülür
18 iyul 2025 , 19:31
Sabah Bakıda gözlənilən hava ilə bağlı XƏBƏRDARLIQ
18 iyul 2025 , 19:20
Bu BÜRCLƏR çoxdan gözlənilən mükafatı alacaqlar
18 iyul 2025 , 18:44
Sabahdan "Sea Breez"ə avtobus xətti açılır - Gedişhaqqı nə qədərdir?
18 iyul 2025 , 17:39
Fərid Şahbazlı: “150 illik milli mətbuat yolu Vətənə xidmətin şərəfli tarixidir”
18 iyul 2025 , 17:30Dəhşətli istilər bu tarixədək davam edəcək
18 iyul 2025 , 16:54