Gecələr yağış yağacaq
24 sentyabr 2013 13:01 (UTC +04:00)

Gecələr yağış yağacaq

 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti sentyabrın 25-nə gözlənilən hava proqnozunu açıqlayıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədovanın  Lent.az-a verdiyi məlumata görə,  Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində yağmursuz keçəcəyi gözlənilir.

 

Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 15-19 dərəcə,  gündüz 23-28 dərəcə isti olacaq.

 

Azərbaycanın rayonlarına gəlincə, sentyabrın 25-də əsasən yağmursuz keçəcək, gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək. Aran rayonlarında gecə 14-19 dərəcə, gündüz 24-29 dərəcə isti, dağlarda gecə 6-11 dərəcə, gündüz 15-20 dərəcə isti gözlənilir.

 

Milli Hidrometeorologiya Departamenti aqrometeoroloji şərh də yayıb. Sentyabrın 24-dən 26-dək respublikanın bütün rayonlarında hava temperaturun 1-2 dərəcə artacağı, gecə saatlarında yağıntı düşəcəyi ehtimal edilir. Temperatur rejimi bütün kənd təsərrüfatı bitkilərinin inkişafı üçün əlverişli olacaq. Yalnız Mərkəzi Aran rayonlarında yağıntılar bəzən pambıq bitkilərində qozaların açılması və pambığın yetişməsi, yığımı və açıq havada qurudulması üçün şəraitin çətinləşdirilməsini davam etdirəcək. Əsasən gündüz vaxtı yağıntısız hava şəraiti bir çox rayonlarda məhsul yığımı və digər aqrotexniki işlərin görülməsi üçün əlverişli olacaq. Əksər dağətəyi rayonlarda ehtimal edilən gecə yağışları torpağın su təminatını yaxşılaşdıraraq əkiləcək payızlıq dənli bitkilər üçün nəzərdə tutulan tarlalarda səpin qabağı işlərin aparılması üçün əlverişli olacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1437
avatar

Oxşar yazılar