Füzuli Ələkbərov da danışdı: Prezidentə sədaqətli olmuşam
23 oktyabr 2013 11:45 (UTC +04:00)

Füzuli Ələkbərov da danışdı: Prezidentə sədaqətli olmuşam

Sabiq əmək və əhalinin sosial müdafiə naziri Füzuli Ələkbərov prezidentin dünənki sərəncamından sonra ilk açıqlamasın verib. Lent.az-ın modern.az-a istinadən verdiyi məlumata görə, sabiq nazir prezidentin qərarına hörmətlə yanaşdığını bildirib. 

 

“Suallara şərh verməyin mənası yoxdur. Qərar qəbul olunub. Prezidentin qərarına çox hörmətlə yanaşıram. Mən cənab prezidentə daim sədaqətli olmuşam, bundan sonra da bu siyasi kursa sadiq olacağam. Başqa heç nə deyə bilmərəm”.

 

Qeyd edək ki, oktyabrın 22-də Prezident İlham Əliyev Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzalayıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3729
avatar

Oxşar yazılar