Lent.az-ın məlumatına görə, bunu fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov bildirib. Nazir onu da qeyd edib ki, əhali qaz cihazlarından istifadə edərkən ehtiyatlı olmalıdırlar. “Bu avadanlıqların üzərində istifadə təlimatları yazılıb. Buna vətəndaşlar özləri baxmalı, öyrənməlidirlər”.
K. Heydərovun sözlərinə görə, bu məsələ ilə bağlı dövlət qurumlarının dəstəyi ilə telekanallarda maarifləndirmə işləri həyata keçirilir.
Ramiz