Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) fizika fənni üzrə dərslik və dərs vəsaitlərinin elmi-metodiki monitorinqi ilə bağlı seminar iclası keçirilib.
TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, seminar iclasında Bakı və Sumqayıt şəhərlərinin ümumtəhsil məktəblərinin müəllimləri ilə birlikdə TQDK-nın Naxçıvan, Gəncə, Şəki regional bölmələrindən internet vasitəsi ilə videobağlantı əsasında həmin bölgələrin ümumtəhsil məktəblərinin müəllimləri də iştirak edib və gündəlik məsələ ilə bağlı fikirlər bildirib, təkliflər veriblər.
Müzakirələr yanvarın 16-da davam etdiriləcək.
Qeyd edək ki, yeni təhsil islahatına əsasən fizika fənninin tədrisinə VI sinifdən başlanacaq. Bununla bağlı seminar iclaslarında bu sinif üçün nəzərdə tutulmuş standartların necə reallaşdırılması müzakirə olunacaq.