Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) «Airlift» markalı hava yastıqlı katerlər alıb.
APA-nın məlumatına görə, axtarış-xilasetmə əməliyyatları üçün nəzərdə tutulan yeni kater bu gün Dövlət Sularda Xilasetmə Xidməti tərəfindən nümayiş olunub.
Uzunluğu 6,5 metr, eni 2,4 metr təşkil edən kater «Subaru Eİ-25» mühərriki ilə təchiz edilib. Üzmə rayonu 5 mil təşkil edən kater 8 sərnişin tutumuna malikdir.
Katerin əsas özəlliyi isə onun suda, quruda və buz üzərində hərəkət edə bilməsidir. Kater quruda 28 km/saat, suda 55 km/saat, buz üzərində isə 100 km/saat sürətlə hərəkət edə bilir.