FHN Fransanın Azərbaycandakı səfirliyində xüsusi təlim keçirdi - <span style="color:red;">YENİLƏNİB
14 fevral 2014 18:40 (UTC +04:00)

FHN Fransanın Azərbaycandakı səfirliyində xüsusi təlim keçirdi - YENİLƏNİB

Fransanın Azərbaycandakı səfirliyində Fövqəladə Hallar Nazirliyinin (FHN) qurumlarının iştirakı ilə taktiki-xüsusi təlim keçirilib.


 

APA-nın məlumatına görə, Səbail rayonu, Rəsul Rza küçəsi-7 ünvanında yerləşən  səfirliyin inzibati binasında baş tutan təlimin keçirilməsində əsas məqsəd Fransa səfirliyinin yanğın zamanı fəaliyyət planının reallığının yoxlanılması, səfirlik əməkdaşlarına yanğın hadisəsi zamanı fəaliyyət üzrə əməli vərdişlərin aşılanması, Fövqəladə Hallar Nazirliyinin xilasetmə və yanğınsöndürmə bölmələrinin şəxsi heyətinin səfirliyin ərazisində baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi sahəsində peşəkarlığının daha da artırılmasından ibarətdir.

 

Təlimin sonunda Fransanın Azərbaycandakı səlahiyyətli səfiri Paskal Monye jurnalistlərə açıqlamasında bildirib ki, təlimdə Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının işindən razı qalıb. Lakin səfirliyin ərazisində avtomobillərin çox olması yanğınsöndürənlərin işinə mane olur: “Mən qeyd etmək istəyirəm ki, Bakıda və bizim səfirliyin yerləşdiyi ərazidə avtomobillərin hərəkəti yanğınsöndürənlərin işinə mane olur. Bu problemin ardan qaldırılması istiqamətində iş aparmaq lazımdır”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 587
avatar

Oxşar yazılar