FHN Bakı Regional Mərkəzi Ali Neft Məktəbində təlim keçirdi
16 oktyabr 2014 13:29 (UTC +04:00)

FHN Bakı Regional Mərkəzi Ali Neft Məktəbində təlim keçirdi

 Bu gün Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) Bakı Regional Mərkəzinin və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) birgə təşkilatı dəstəyi ilə tələbələr üçün “Tələbələrin təhlükəsizliyi diqqət mərkəzində” adlı təlim kursu keçirilib.

 

APA-nın məlumatına görə, tədbirin nəzəri hissəsini giriş nitqi ilə açan rektor Elmar Qasımov iştirakçıları salamlayaraq bildirib ki, BANM-in, FHN-in və ATGTİ-nın birgə təşkilatçılığı ilə keçirilən təlim kurslarının tələbələrə fövqəladə hallar zamanı davranış qaydalarını aşılamasında, baş verə  biləcək hər hansı bir fövqəladə hadisənin qarşısının alınmasında və ya baş vermiş hadisə zamanı onun nəticələrinin aradan qaldırılmasında öz töhfəsini verəcək. Həmçinin rektor təhlükəli hadisələr zamanı necə davranılmasında, hansı tədbirlərin görülməsinin öyrənilməsində və tədris saatlarında qəfildən baş verə biləcək hər hansı fövqəladə hadisəsi zamanı mühafizə və təhlükəsizlik qaydaları haqqında məlumatlı olmağın əhəmiyyətini qeyd edib.

 

Daha sonra Azərbaycanın FHN Bakı Regional Mərkəzinin rəisinin 1-ci müavini, polkovnik Elşən Əliyev hazırladığı təqdimatla çıxış edərək, tələbələrə və tədbir iştirakçılarına fövqəladə hallar, onların təsnifatı, xüsusiyyətləri, fövqəladə hal baş verdikdə insanların davranışı, məişətdə qaz cihazlarından istifadə zamanı və ətrafa zəhərli maddələr dağıldıqda təhlükəsizliyin təmin edilməsi və digər bu kimi məsələlərlə bağlı peşəkar səviyyədə qaneedici məlumat verib.

 

Nəzəri və praktik olmaqla iki hissədən ibarət olan tədbir BANM-nin rəhbər və işçi heyəti başda olmaqla, ARDNŞ-ın vitse-prezidenti Xalik Məmmədov, FHN-nin Fövqəladə Halların Nəticələrinin Aradan Qaldırılması İşinin Təşkili Baş İdarəsinin rəisi, general-mayor Niyazi Zamanov, FHN Bakı Regional Mərkəzinin əməkdaşları və rəhbər heyəti, nazirliyin digər 7 qurumunun, eləcə də Bakı şəhər Təcili təxirəsalınmaz tibbi yardım stansiyasının əməkdaşlarının, media nümayəndələrinin və tələbələrin iştirakı ilə baş tutub.

 

Daha sonra BANM-də keçirilən tədbirin praktik hissəsi zamanı FHN-in qurumları, Bakı şəhər təyinatlı digər xidmət və təşkilatların qüvvə və vasitələri, eləcə də BANM-nin müəllim və tələbələrinin iştirakı ilə FHN qurumlarının fövqəladə hadisələr zamanı istifadə olunan xüsusi xilasetmə texnikası, alət və avadanlıqları təlimlərə cəlb olunaraq, taktiki-xüsusi təlim həyata keçirilib.

 

Hündür mərtəbələrdən xilasetmə, “işgüzar oyun” formatında təşkil edilmiş “partlayıcı qurğunun zərərsizləşdirilməsi”, “zəlzələ zamanı xilasetmə” və “yanğının söndürülməsi” əməliyyatları tələbələr tərəfindən böyük maraqla izlənib.

 

Tədbirin sonunda BANM-nin rektoru Elmar Qasımov tələbələr üçün keçirilən əhəmiyyətli təlimlərə görə təşkilatçılıqda dəstək göstərənlərə və tədbirdə iştirak edənlərə təşəkkürünü bildirib. 

 

# 597
avatar

Oxşar yazılar

Sabah  35 dərəcə isti   olacaq - HAVA PROQNOZU

Sabah 35 dərəcə isti olacaq - HAVA PROQNOZU

29 may 2024 , 12:42
Azərbaycanda kimlər çoxuşaqlı ana  hesab olunur? – CAVAB

Azərbaycanda kimlər çoxuşaqlı ana hesab olunur? – CAVAB

29 may 2024 , 11:58
General-mayor Firudin Nəbiyev

Azərbaycan Ordusunun generalı işdən çıxarıldı

29 may 2024 , 11:15
Xocalıya növbəti köç karvanı YOLA SALINDI

Xocalıya növbəti köç karvanı YOLA SALINDI

29 may 2024 , 06:37
APA TV-nin 11 yaşı tamam olur

APA TV-nin 11 yaşı tamam olur

29 may 2024 , 00:00
Ən az  pensiya verilən   5 ölkə - SİYAHI

Ən az pensiya verilən 5 ölkə - SİYAHI

28 may 2024 , 17:22
Bakının bu qəsəbəsi 2 gün susuz  qalacaq

Bakının bu qəsəbəsi 2 gün susuz qalacaq

28 may 2024 , 14:43
Azərbaycanda havalar dəyişir  - Xidmət rəisi AÇIQLADI

Azərbaycanda havalar dəyişir - Xidmət rəisi AÇIQLADI

28 may 2024 , 14:14