
FHN Akademiyasında dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü qeyd olundu
Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş təntənəli tədbir keçirilib.
APA TV-nin xəbərinə görə, dövlət himninin oxunması ilə başlayan mərasimi giriş sözü ilə açan Akademiyanın rəisi general-mayor Pənah Süleymanov rəhbərlik etdiyi ali təhsil ocağının kollektivini bayram münasibətilə təbrik edib.
O, 25 il əvvəl Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul olunmasını hər bir azərbaycanlının həyatında müstəsna əhəmiyyət daşıyan ictimai-siyasi hadisə adlandırıb. Azərbaycanın müstəqillik tarixindən bəhs edən Akademiyanın rəisi Azərbaycan Respublikasının suverenliyinin qorunub saxlanmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən söz açıb. O qeyd edib ki, ulu öndər tərəfindən əsası qoyulmuş müdrik siyasətin alternativsiz davamçısı, ölkə rəhbəri, Ali Baş Komandan İlham Əliyevin ardıcıl səyləri nəticəsində dövlətimiz daha da güclənərək beynəlxalq birliyin layiqli üzvünə, regionun qüdrətli lider dövlətinə çevrilib, həyata keçirilən irimiqyaslı islahatlar Azərbaycanın müstəqilliyini sarsılmaz siyasi və iqtisadi sütunlar üzərində möhkəmləndirib.
Tədbirdə Akademiyanın Humanitar fənlər kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Fizuli İbrahimzadə “Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, sarsılmazdır, əbədidir!” mövzusunda məruzə ilə çıxış edib.
Oxşar yazılar

Önümüzdəki iki həftədə cekpot qazanacaq BÜRCLƏR: Kim inanılmaz şanslı olacaq
16 avqust 2025 , 19:00
Təqaüdə çıxmaq üçün ən yaxşı 10 ölkə - SIYAHI
16 avqust 2025 , 17:35
Yayda çılpaq yatmaq olmaz - Həkimdən xəbərdarlıq
16 avqust 2025 , 17:17
Sabah leysan yağacaq, şimşək çaxacaq - PROQNOZ
16 avqust 2025 , 13:14
Xəzər dənizində 4 bal gücündə zəlzələ oldu
16 avqust 2025 , 11:47
Əksər rayonlara aramsız leysan yağıb - FAKTİKİ HAVA
16 avqust 2025 , 10:27
Avqustun 16-da heç kimin dayandıra bilməyəcəyi 3 BÜRC: Xoş xəbərlər gələcək və...
16 avqust 2025 , 09:09