FHN-nin yeni inzibati binalarının açılışı oldu - YENİLƏNİB
09 may 2014 19:00 (UTC +04:00)

FHN-nin yeni inzibati binalarının açılışı oldu - YENİLƏNİB

Bu gün Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Fövqəladə Hallar Nazirliyinin Qaradağ rayonu ərazisindəki yeni inzibti binalarının açılışı olub.


 

Lent.az-ın FHN-nin saytına istinadən xəbərinə görə, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və nazirliyin əməkdaşları FHN-nin Aviasiya Dəstəsinin yeni qərargahının ərazisində ucaldılmış Heydər Əliyevin abidəsinin önünə gül dəstələri qoyub, əziz xatirəsinə ehtiramlarını ifadə ediblər.  

 

K.Heydərov FHN-nin Aviasiya Dəstəsinin yeni qərargahının açılışını bildirən rəmzi qırmızı lenti kəsib, burada H.Əliyevin fəaliyyətini əks etdirən fotoşəkillərdən ibarət stendlə, texniki və aerodinamika sinif otaqları, habelə aviaparkla tanış olub.   

 

Sonra K. Heydərov və kənd təsərrüfatı naziri Heydər Əsədov FHN-nin Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üzrə İdarəsinin Sənqəçaldakı yeni inzibati binası və elevatorunun açılışında iştirak ediblər. K.Heydərov ən yüksək standartlara cavab verən idarəetmə məntəqəsində də olub, müvafiq tapşırıq və tövsiyələrini verib.

 

Bu gün fövqəladə hallar naziri, general-polkovnik K.Heydərov həmçinin FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin yeni inzibati binası və idman zalının açılışını edib. Nazir burada yaradılmış şəraitlə tanış olub, xilasedicilər və kinoloqların təlimlərini izləyib. Partlayıcılar və əl qumbaralarının zərərsizləşdirilməsində istifadə olunacaq robotların təqdimatı da olub.    

 

Sonra FHN Dövlət Yanğından Mühafizə Xidməti Qaradağ rayon Hissəsinin Sənqəçal qəsəbəsindəki 14 və 15 saylı bölmələrinin açılışı olub. K.Heydərov ən yüksək standartlara cavab verən müasir avadanlıqlarla təchiz olunmuş binalardakı dispetçer, tədris və istirahət otaqları, yeməkxana ilə tanış olub. Nazir həmçinin şəxsi heyətlə də görüşüb, müvafiq  tapşırıq və tövsiyələrini verib. Qeyd olunub ki, bu bölmələrin istifadəyə verilməsi ilə Qaradağ rayonunda FHN Dövlət Yanğından Mühafizə Xidməti bölmələrinin sayı 6-ya çatıb. 

 

H.Əliyevin anadan olmasının ildönümü münasibətilə fövqəladə hallar naziri K.Heydərov bu ərazidə istifadəyə verilmiş yeni yaşayış binasında nazirliyin strukturlarının əməkdaşlarına yeni mənzillərin açarlarını da təqdim edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1512

Oxşar yazılar

Bakının bu rayonu sabahdan susuz qalacaq

Bakının bu rayonu sabahdan susuz qalacaq

15 iyul 2025 , 17:07
Hazırda bu rayonlara  yağış yağır   - Faktiki HAVA

Hazırda bu rayonlara yağış yağır - Faktiki HAVA

15 iyul 2025 , 17:00
Bu rayonda 21 kəndin qazı kəsiləcək

Bu rayonda 21 kəndin qazı kəsiləcək

15 iyul 2025 , 15:59
Bakıda yaşayanlara  sabahın havası ilə bağlı CİDDİ XƏBRDARLIQ

Bakıda yaşayanlara sabahın havası ilə bağlı CİDDİ XƏBRDARLIQ

15 iyul 2025 , 15:20
Bu yerlərə  leysan yağacaq

Bu yerlərə leysan yağacaq

15 iyul 2025 , 14:56
Sabah  nəfəs kəsən isti   olacaq - Hava PROQNOZU

Sabah nəfəs kəsən isti olacaq - Hava PROQNOZU

15 iyul 2025 , 13:29
Yuxuda niyə kabus görürük?  - Alimlər AÇIQLADI

Yuxuda niyə kabus görürük? - Alimlər AÇIQLADI

15 iyul 2025 , 10:58
Bu gün Bakının bəzi yerlərində qaz olmayacaq

Bu gün Bakının bəzi yerlərində qaz olmayacaq

15 iyul 2025 , 09:31