FHN əməkdaşları “Xəzər-2016” təlimində iştirak edəcək
20 sentyabr 2016 17:31 (UTC +04:00)

FHN əməkdaşları “Xəzər-2016” təlimində iştirak edəcək

0

Azərbaycan FHN-in əməkdaşları “Xəzər-2016” beynəlxalq kompleks təlimdə iştirak edəcəklər. Lent.az FHN-in saytına istinadən xəbər verir ki, 21-22 sentyabr 2016-cı il tarixlərində Rusiya Federasiyasının Həştərxan vilayətində Xəzəryanı ölkələr – Azərbaycan, Rusiya, İran, Türkmənistan və Qazaxıstanın fövqəladə hallar üzrə məsul qurumlarının iştirakı ilə “Xəzər-2016” beynəlxalq kompleks təlim keçiriləcək.

 

Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin başçılıq etdiyi Fövqəladə Hallar Nazirliyinin nümayəndə heyəti təlimdə iştirak edəcək.

 

Beynəlxalq kompleks təlimdə Fövqəladə Hallar Nazirliyinin “BE-200ÇS” tipli amfibiya təyyarəsi, “Vixr-9” yanğınsöndürən gəmisi və xilasedici dəstəsi iştirak edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 347

Oxşar yazılar