Fevralın 17-dən əhalinin icbari dispanserizasiyası aparılacaq
13 fevral 2014 16:50 (UTC +04:00)

Fevralın 17-dən əhalinin icbari dispanserizasiyası aparılacaq

Respublika üzrə əhalinin icbari dispanserizasiyası aparılacaq. Lent.az-ın “movqe.az”a istinadən xəbərinə görə, bunu Bakı şəhəri Baş Səhiyyə İdarəsinin rəis müavini Rauf Nağıyev deyib. R. Nağıyev bildirib ki, əhalinin icbari müayinəsinə fevralın 17-dən start veriləcək. R. Nağıyev müayinələrin mart ayının 1-dək davam edəcəyini bildirib. R. Nağıyevin sözlərinə görə,  əhali qrupu fevral ayının 17-dən etibarən icbari şəkildə  tibbi yoxlamalardan keçiriləcək: "Məqsəd əhalinin sağlamlığının qorunması, xəstəliklərin erkən aşkarlanmasıdır".

 

R. Nağıyev artıq ölkə üzrə tibb müəssisələrinin icbari dispanserizasiyaya hazır vəziyyətə gətirildiyini söyləyib. Onun sözlərinə görə, zərurət olarsa, dispanserizasiyadan keçənlərin xəstəliklərinin müalicəsi də dövlət hesabına aparılacaq.   

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1390
avatar

Oxşar yazılar